28 oktyabr 2024. Bazar ertəsi

Xizəkçimiz İlya Kostov mövsümü erkən başa vurub


  • Offside
  • 14:27 24.12.2022
  • Oxunma sayı: 101
Xizəkçimiz İlya Kostov mövsümü erkən başa vurub

Azərbaycanı beynəlxalq xizək yarışlarında təmsil edən atletimiz İlya Kostovun İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyinin “downhill” növü üzrə yarışı zamanı ayağı sınıb.

Azərbaycan Qış İdman Növləri Federasiyasından  Corner.Az-a bildiriblər ki, bu səbəbdən idmançımız mövsümü erkən başa vurmaq məcburiyyətində qalıb.

Bir gün əvvəl atletimiz İtaliyanın Pila kurortunda keçirilən yarışda xüsusi slalom növündə 7 ölkədən olan 105 idmançı arasında 8-ci, öz yaş qrupunda isə 3-cü yerə sahib olub.







Offside