4 fevral 2026. Çərşənbə

Qızı Pelenin xəstəxanadan fotosunu paylaşdı - FOTO


  • Offside
  • 18:49 24.12.2022
  • Oxunma sayı: 185
Qızı Pelenin xəstəxanadan fotosunu paylaşdı - FOTO

Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin qızı Keli Nasimento atasının hazırda müalicə aldığı xəstəxanadan fotosunu paylaşıb.

Corner.az-ın məlumatına görə, o, 82 yaşlı əfsanəvi futbolçunun durumunu açıqlamasa da, mübarizənin davam etdiyini bildirib.

"Biz hələ də buradayıq, mübarizə və imanla. Birlikdə başqa bir gecə", - Nasimento paylaşımında qeyd edib.

Qeyd edək ki, bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin səhhəti yenidən pisləşib.








Offside