- Offside
- 14:29 28.11.2024
“Orta məktəblərdə badmintonun idarəetməsi” mövzusunda idman müəllimləri üçün nəzərdə tutulmuş beynəlxalq, interaktiv kursa yekun vurulub.
Federasiyadan Corner.Az-a verilən məlumatına görə, "Development of national sport system" layihəsi Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyilə, Milli Olimpiya Komitəsi, Dünya Badminton Federasiyası və Azərbaycan Badminton Federasiyasının birgə əməkdaşlığı ilə gerçəkləşib.
277 saylı tam idman təmayüllü məktəbdə təşkil edilən kursda İsrail Badminton Federasiyasının prezidenti Nir Sadeh 28 idman müəlliminə öz tədris kurikulumlarını interaktiv hazırlaması və tədris ediləcək hədəf qrupu olan məktəblilərin badmintonda bilik və bacarıqlarını inkişaf etdirmək yollarını göstərib.
Nəzəri və praktik hissədən ibarət olan kursda iştirak edən idman müəllimləri vərdişlərini inkişaf etdiriblər. Təlim iştirakçıları İsrail Badminton Federasiyasının Prezidenti Nir Sadeh, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin məsləhətçisi Ceyhun Rəhmanov tərəfindən sertifikatla təltif olunublar.
Layihə Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər silsiləsindəndir.