2017-ci ildə “Neftçi”nin heyətində çıxış etmiş, hətta bu komandanı meydana kapitan kimi çıxarmış Georgi Navalovski karyerasını başa vurub. Corner.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
“Neftçi” gürcü futbolçuya gələcək həyatında uğurlar arzulayıb.
Xatırladaq ki, Navalovski 2017-ci ilin yanvarından iyulunadək formasını geyindiyi “Neftçi”də 14 matça çıxıb. 36 yaşında karyerasını bitirən müdafiəçi, “Dinamo” (Batumi), SKA (Xabarovsk), “Anji”, “Ximki”, “Tosno”, “Dila”, “Volqa” (Nijni-Novqorod), “Dinamo” (Minsk), “Novokuznetsk”, “Dinamo” (Tiflis), “Veria” və “Rustavi” kimi klubların da formasını geyinib. O, Gürcüstan yığmasında da 41 oyun keçirib.