23 oktyabr 2024. Çərşənbə

Azərbaycanlı hakim Avropa Oyunlarına təyinat alıb


  • Offside
  • 10:47 03.06.2019
  • Oxunma sayı: 589
Azərbaycanlı hakim Avropa Oyunlarına təyinat alıb

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov "Minsk 2019" II Avropa Oyunlarına təyinat alıb. 

Corner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Məmmədov çimərlik futbolu üzrə oyunları idarə edəcək. Bu növdə Azərbaycan millisi təmsil olunmayacaq. 

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 







Offside