28 oktyabr 2024. Bazar ertəsi

Zirə - Kəpəz matçında baş verənlərlə bağlı qərarlar açıqlandı


  • Offside
  • 15:15 28.12.2022
  • Oxunma sayı: 102
Zirə - Kəpəz matçında baş verənlərlə bağlı qərarlar açıqlandı
AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda Premyer Liqanın XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
Misli Premyer Liqasının XVIII turunun “Səbail” – “Qarabağ” oyununda kənar şəxslər meydançaya daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilsin ( maddə 49.2);
 
XVIII turun “Zirə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39);
 
“Kəpəz” klubunun oyunçusu Elçin Əlicanov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2);
 
“Kəpəz” klubunun oyunçusu Giorgi Kantariya ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.1);
 
“Kəpəz” klubunun futbolçusu Mixeil Erqemlidze oyundan sonra ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.1);
 
“Kəpəz” klubu bir oyunda 3 qırmızı vərəqə ilə cəzalandığı üçün klub 4800 manat cərimə edilsin (maddə 40);
 
“Zirə” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39);
 
“Zirə” komandasının oyunçusu Coşqun Diniyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın və klub 1600 manat cərimə edilsin (maddə 36.1);
 
“Zirə” komandasının oyunçusu Nemanya Andelkoviç rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).






Offside