Azərbaycan Kapoeyra Federasiyasının 15 illiyinə həsr olunmuş Kapoeyra üzrə Respublika Birincliyi başa çatıb.
Corner.Az xəbər verir ki, Azərbaycan Kapoeyra Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışlarda müxtəlif klublardan 200-ə yaxın yeniyetmə bacarıqlarını nümayiş etdirib. 13-15 yaşlı idmançıların birinciliyində Şahin Xurşudov bütün rəqiblərindən üstün olaraq Azərbaycan çempionu adına laqyiq görülüb. Gənc çempionumuz 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş kiçik çavuş Nazir Xurşudovun oğludur.
Qeyd edək ki, Şahin Xurşudov Kapoeyra idman növü ilə ilk dəfə 2021-ci ildə Şəhid övladları üçün təşkil edilmiş “Qaliblər Düşərgəsi”ndə məşqul olmağa başlayıb.