28 oktyabr 2024. Bazar ertəsi

AFFA Mirbağır İsayevin cəzasını azaltdı


  • Offside
  • 14:09 29.12.2022
  • Oxunma sayı: 86
AFFA Mirbağır İsayevin cəzasını azaltdı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevin cəzasını azaldıb. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubunun apellyasiya şikayəti qismən təmin edilib.
 
AFFA İntizam Komitəsi dekabrın 2-də Mirbağır İsayevin üç ay müddətinə futbol sahəsində çalışmasına qadağa qoyub. Apellyasiya Arbitraj Tribunalı bunu bir ay şərti olmaqla iki aylıq cəza ilə əvəzləyib.






Offside