4 fevral 2026. Çərşənbə

Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilindi


  • Offside
  • 19:04 29.12.2022
  • Oxunma sayı: 117
Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilindi
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilinib. Corner.az xəbər verir ki, 28 yaşlı idmançı növbəti döyüşünü martın 18-də keçirəcək.
 
Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşılaşması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikov olacaq.
 
Döyüş “Nazia Fighting Championship” tərəfindən təşkil olunacaq.
 
Fanil Rafikov 21 döyüşdə qalib gəlib, 6 dəfə uduzub. Nəriman Abbasov isə 28 döyüşdə qələbə qazanıb, 4 dəfə məğlub olub.






Offside