4 fevral 2026. Çərşənbə

Merih Demiralın evi qarət olundu


  • Offside
  • 10:27 30.12.2022
  • Oxunma sayı: 108
Merih Demiralın evi qarət olundu
İtaliyanın “Atalanta” klubunun futbolçusu Merih Demiralın evi qarət olunub.

Corner.az saytı xəbər verir ki, oğrular oyunçunun Berqamo şəhərindəki mənzilinin qapı və pəncərələrini qıraraq dəyərli əşyalarını, həmçinin külli miqdarda pulunu götürüblər.

Ailəsi ilə birlikdə Türkiyədə tətildə olan Demiral qarət xəbərindən sonra hələ İtaliyaya qayıtmayıb.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi “Yuventus”dan “Atalanta”ya 20 milyon avroya keçib. Futbolçu komandasının heyətində iki mövsümdə 55 oyunda iştirak edərək 3 qol və eyni sayda qol ötürməsi edib.





Offside