- Offside
- 14:29 28.11.2024
2022-ci il güləş hakimlərimiz üçün də uğurlu olub.
Corner.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, bir neçə referimiz beynəlxalq dərəcəsini yüksəldib. Cari il ərzində keçirilən yarışların, seminarların və imtahanların nəticələrinə əsasən, 4 referimiz beynəlxalq dərəcəsini artırıb. Vüqar Şükürov və Kamran Əliyev I kateqoriyaya yüksəliblər. Bununla da bu dərəcəyə sahib hakimlərimizin sayı 6-ya çatıb. Əli Babayev və Xəzər Allahverdiyev isə II kateqoriyaya sahib çıxıblar. Hazırda bu dərəcədə olan ədalət təmsilçilərimizin sayı 7-yə bərabərdir.
Bundan başqa, daha iki hakimimiz beynəlxalq dərəcəli referi statusu alıb. İyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında ədaləti qoruyan Sevinc Yusibova ilə Firqət İbrahimov III kateqoriyalı beynəlxalq hakim ünvanına yiyələniblər.
Qeyd edək ki, S.Yusibova Azərbaycan güləş tarixinin ilk beynəlxalq dərəcəli qadın referisidir.