28 oktyabr 2024. Bazar ertəsi

Pelenin anası oğlunun ölümündən xəbərsizdir


  • Offside
  • 18:56 31.12.2022
  • Oxunma sayı: 135
Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Dekabrın 29-da dünyasını dəyişmiş əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selesta Arantes oğlunun ölümündən xəbərsizdir.

Corner.az "Mirror"a istinadən xəbər verir ki, bu barədə keçmiş hücumçunun bacısı Maria Lusia do Naskimento məlumat verib.

O, anasının Pelenin vəfat etdiyini bilmədiyini deyib: "Biz onunla danışırıq, amma vəziyyəti bilmir. O, öz aləmindədir. Mən Pelenin adını çəkəndə və "biz onun üçün dua edəcəyik" deyəndə gözlərini açır. Lakin dediklərimin fərqində deyil".

Qeyd edək ki, Selesta Arantes ötən ay 100 yaşını qeyd edib. Pele 82 yaşında vəfat edib. Əfsanəvi oyunçu yanvarın 3-də dəfn olunacaq.







Offside