29 noyabr 2024. Cümə

Məşhur futbolçu çirkli pulların yuyulmasında ittiham olunur


  • Offside
  • 17:55 04.01.2023
  • Oxunma sayı: 121
Məşhur futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

İtaliyada çirkli pulların yuyulmasına qarşı mübarizə orqanları "Roma" klubunun sabiq kapitanı Françesko Totti ilə bağlı araşdırmalara başlayıb.

Corner.az "La Verita" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı keçmiş futbolçu şübhəli bank əməliyyatları etməkdə günahlandırılır.

Tottinin kazino və bukmeyker kontorlarının sahiblərinin xeyrinə qanunsuz olaraq külli miqdarda pul köçürmələrində iştirak etdiyi iddia olunur. Tanınmış futbolçunun nümayəndələri ittihamı rədd ediblər.

Qeyd edək ki, Françesko Totti peşəkar karyerasını 2017-ci ildə başa vurub.







Offside