28 oktyabr 2024. Bazar ertəsi

Serbiya klubuna sanskiya tətbiq edildi


  • Offside
  • 22:49 04.01.2023
  • Oxunma sayı: 112
Serbiya klubuna sanskiya tətbiq edildi
Basketbol üzrə Avroliqanın rəhbərliyi Serbiyanın “Srvena Zvezda” klubuna maliyyə fair-play qaydalarını pozduğuna görə sanksiya tətbiq edib.
Corner.az xəbər verir ki, bu barədə Avroliqanın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 28-dək komandaya yeni oyunçu və məşqçiləri qeydiyyata almaq qadağan edilib. Bundan əlavə, “Srvena Zvezda” 25 min avro cərimə ödəməli olacaq.
Qeyd edək ki, Serbiya klubu Avroliqanın qərarından İdman Arbitraj Məhkəməsinə şikayət edəcək.





Offside