28 oktyabr 2024. Bazar ertəsi

Sərhədçi liderliyə yüksəldi


  • Offside
  • 21:51 05.01.2023
  • Oxunma sayı: 69
Sərhədçi liderliyə yüksəldi

Azərbaycan Basketbol Liqasında XII tura start verilib.

Corner.az-ın məlumatına görə, açılış oyununda "AAAF Xırdalan" və "Sərhədçi" komandaları qarşılaşıblar.

"Sərhədçi" İdman Mərkəzində keçirilən matçda qalib əlavə vaxtda müəyyənləşib. "Sərhədçi" basketbolçuları parketdən 78-75 hesablı qələbə ilə ayrılaraq, 20 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəliblər. 19 xalı olan "AAAF Xırdalan" isə 5-cidir.

Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Endryu Korum (21 xal, 21 ribaund), "Sərhədçi"dən isə Brendon Miller (23 xal, 7 ribaund) olublar.

Qeyd edək ki, turun digər "Sabah" - NTD, "Neftçi İK" - "Gəncə" və "Zirvə Astara" - "Olimpik Şəki" oyunları 7-8 yanvarda keçiriləcək







Offside