28 oktyabr 2024. Bazar ertəsi

Daha 3 komandaya texniki məğlubiyyət verildi


  • Offside
  • 13:27 06.01.2023
  • Oxunma sayı: 83
Daha 3 komandaya texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Yüksək Qızlar Liqasının “Neftçi” PFK - 8 №-li İOEUGiM oyununda 8 №-li İOEUGiM komandasının heyətində eyni nömrə altında (N1) meydançada iki oyunçu (İlahə Əkbərova və Lamiə Əlizadə) çıxış etdiyinə görə bu komandaya 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
Gənclər Liqasında keçirilən “Qarabağ” – “Sabah” oyununda “Qarabağ”ın futbolçusu Emil Binyətzadə qarşılaşmanın 65-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb.
 
Gənclər Liqasında keçirilən “Zirə” - İCBFA oyununda İCBFA komandasının futbolçusu Cavanşir Tahirov qarşılaşmanın 40-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb.
 
Gənclər Liqasında keçirilən “Neftçi” PFK – “Qəbələ” oyununda “Neftçi”nin futbolçusu Bəhruz Qurbanlı qarşılaşmanın 35-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb. “Qəbələ”nin futbolçusu Ravil Qafarov qarşılaşmanın 79-cu dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb. “Neftçi”nin futbolçusu Aslan Şirinov qarşılaşma bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı, hakimlərin və AFFA-nın ünvanına təhqiredici ifadələr işlətdiyi üçün 4 oyun cəzalandırılıb.
 
U-12 Liqasında keçirilməli olan “Çinar” (Gəncə) – “Lokomotiv” (Gəncə) qarşılaşmasında “Lokomotiv” komandasının heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamasına görə “Lokomotiv”ə 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-10 Liqasında keçirilməli olan “Azart” - İCBFA qarşılaşmasında “Azart” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Azart”a 0:3 hesablı texniki məğlubiyyət verilib.






Offside