28 oktyabr 2024. Bazar ertəsi

İtaliyalı keçmiş futbolçu vəfat etdi


  • Offside
  • 15:42 06.01.2023
  • Oxunma sayı: 83
İtaliyalı keçmiş futbolçu vəfat etdi
Futbol üzrə İtaliya yığmasının sabiq hücumçusu Canluka Vialli vəfat edib. Corner.az xəbər verir ki, “Çelsi” və “Yuventus”dakı oyunları ilə tanınan keçmiş futbolçu 58 yaşında ölüb.
 
Veteran oyunçunun ölümünə səbəb mədəaltı vəzi xərçəngi olub. Vialli uzun müddət xərçənglə mübarizə aparsa da, Milad bayramı ərəfəsində vəziyyəti pisləşib. O, ömrünün son günlərini xəstəxanada keçirib.
 
Xatırladaq ki, Canluka Vialli 1985-1992-ci illərdə İtaliya yığmasının heyətində keçirdiyi 59 oyunda 16 qola imza atıb. O, “Çelsi” və “Yuventus”dan öncə “Kremoneze” və “Sampdoriya” klublarının da formasını geyinib. Vialli 1999-2002-ci illər aralığında “Çelsi” və “Uotford”da baş məşqçi kimi də çalışıb.






Offside