29 noyabr 2024. Cümə

Milli komandamız qran-pri turnirinə Bakıda hazırlaşır


  • Offside
  • 16:12 07.01.2023
  • Oxunma sayı: 149
Milli komandamız qran-pri turnirinə Bakıda hazırlaşır
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız, Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır. Federasiyadan Corner.Az-a verilən məlumata görə, yanvarın 4-də başlayan hazırlıq prosesi ayın 11-nə kimi davam edəcək.
 
Milli komandaların üzvləri gündə 2 dəfə Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı 13-15 yanvarda Tunisdə keçiriləcək qran-pri turnirinə hazırlıq xarakteri daşıyır.
 
Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova qran-pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.






Offside