28 oktyabr 2024. Bazar ertəsi

ABL-da 12-ci tura Astarada yekun vuruldu


  • Offside
  • 17:40 08.01.2023
  • Oxunma sayı: 97
ABL-da 12-ci tura Astarada yekun vuruldu

Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci tura yekun vurulub.

Corner.Az-ın məlumatına görə, turun son matçı Astara Olimpiya İdman Kompleksində keçirilib.

“Zirvə Astara BK” komandası doğma azarkeşlər önündə “Olimpik Şəki BK” basketbolçularını qəbul edib.

Oyun meydan sahiblərinin 85:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçular “Zirvə Astara BK”dan Ruşard Kruikşenk (30 xal, 9 ribaund), “Olimpik Şəki BK”dan isə Ceyson Brauer (23 xal, 6 ribaund) olublar.

Qeyd edək ki, ABL-də 13-cü turun oyunları 11, 14 və 15 yanvar tarixlərində baş tutacaq.







Offside