29 noyabr 2024. Cümə

Səbail'lə oyunda "qırmızı" alan futbolçudan etiraf


  • Offside
  • 11:42 09.01.2023
  • Oxunma sayı: 104
Səbail'lə oyunda "qırmızı" alan futbolçudan etiraf

Antalyada təlim-məşq toplanışı çərçivəsində “Səbail”lə yoxlama görüşündə üz-üzə gələn “Legiya” oyunu 10 nəfərlə tamamlamalı olub. Corner.az saytı xəbər verir ki, qarşılaşmanın 81-ci dəqiqəsində qırmızı vərəqə alan Polşa klubunun kapitanı Joze bunun səbəbini açıqlayıb.

Portuqaliyalı yarımmüdafiəçi görüşün ardından Polşa mətbuatına açıqlamasında hakimin ünvanına təhqiramiz ifadə işlətdiyini etiraf edib: “Həmin vaxt hakim anlaşılmaz şəkildə rəqibin lehinə penalti təyin etdi. Təbii ki, buna etirazımızı bildirdik. Mən də söyüş söyərək qaçdım. Hakim isə dərhal qırmızı vərəqə ilə məni meydandan qovdu”.

Qeyd edək ki, “Səbail” – “Legiya” oyunu 2:2 hesabı ilə yekunlaşıb.







Offside