Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli komanda yoldaşını zədələyib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Xorvatiya klubunun heyətində ikitərəfli oyun zamanı kapitan Ariyan Ademiyə xəsarət yetirib.
Rovindəki təlim-məşq toplanışında baş məşqçi Ante Çaçiç komandanı iki hissəyə bölərək, sınaq görüşü təşkil edib. “Ağlar”ın heyətində çıxış edən Emreli oyunun əvvəllərində şimali makedoniyalını zədələyərək, onun meydanı tərk etməsinə səbəb olub. Maraqlısı budur ki, Ademinin əvəzinə əsas qapıçı Dominik Livakoviç yarımmüdafiədə çıxış edib.
Qeyd edək ki, ikitərəfli oyun 2:2 hesabı ilə başa çatıb.