29 noyabr 2024. Cümə

Bir yük maşını qədər pulu Ukraynada qoydum


  • Offside
  • 11:50 09.01.2023
  • Oxunma sayı: 107
Bir yük maşını qədər pulu Ukraynada qoydum

Donetsk “Şaxtyor”unun sabiq yarımmüdafiəçisi Tayson Braziliyanın “İnternasional” klubundan qovulub. Corner.xəbər verir ki, 34 yaşlı futbolçu onunla müqavilənin ləğvinə görə Braziliya klubunun prezidenti Alessandro Barselossanı sərt tənqid edib:

“Mənim “Şaxtyor”la yaxşı müqaviləm və qazancım var idi. Amma o, hər gün mənə zəng edirdi ki, “İnternasional”a keçim. Nəticədə mən Donetsk klubundan ayrıldım və bir yük maşını qədər pulu Ukraynada qoyub, Braziliyaya gəldim. Onlar isə mənə qarşı belə davrandılar. Meydanda klubun azarkeşi idim, çempion olmağı hamıdan çox istəyirdim. Onlara dedim ki, maaşımı azaltmaq istəyirsinizsə, buna hazıram. Əsas heyət uğrunda da mübarizə aparmağa hazır idim. Amma onlar bunla razılaşmadılar. İnsanlar mənə inanmaya bilərlər. Lakin klubda çalışanlara mükafatları biz oyunçular köməkləşib verirdik. Futbolçular məşqə çıxmaq istəmirdilər. Klub prezidentinin bütün bunları mətbuat konfransında açıqlamağa cəsarəti olmadı”.

Xatırladaq ki, Tayson 2013-cü ildən 2021-ci ilin aprelinə kimi “Şaxtyor”da forma geyinib. Yarımmüdafiəçi daha öncə Ukraynada “Metallist”in də uğurları üçün çalışıb.







Offside