“Mançester Yunayted”in braziliyalı futbolçusu Mateus Antoni avtomobil qəzasına düşüb. Corner.az “The Sun”a istinadən xəbər verir ki, qəzadan sonra 22 yaşlı futbolçu şok vəziyyətində olduğu üçün Premyer Liqada “Bornmut”la oyunda (3:0) iştirak etməyib.
Braziliyalı oyunçunun idarə etdiyi BMW markalı avtomobil evinin yaxınlığında qəzaya uğradıb. Qəzada ondan başqa heç kim olmayıb. Futbolçu heç bir fiziki zədə almayıb.
Qeyd olunur ki, futbolçunun qanında spirt aşkarlanmayıb. Test nəticələrini aldıqdan sonra avtomobil braziliyalıya qaytarılıb.