29 noyabr 2024. Cümə

Federasiya prezidenti Zidandan üzr istədi


  • Offside
  • 15:29 09.01.2023
  • Oxunma sayı: 137
Federasiya prezidenti Zidandan üzr istədi
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey millinin sabiq yarımmüdafiəçisi Zinəddin Zidandan üzr istəyib. Corner.az xəbər verir ki, qurum rəhbəri əfsanəvi futbolçu ilə bağlı fikirlərini düzgün izah edə bilmədiyini söyləyib.
 
O, 51 yaşlı mütəxəssisə hörmətlə yanaşdığını bildirib: “Bu sözlər nə mənim fikirlərimi əks etdirir, nə də futbolçu və məşqçi kimi Zidana olan münasibətimi dəyişir. Buna görə üzr istəyirəm. Belə müsahibə verməməli idim. Fransa futbolunun iki abidəsi Didye Deşamla Zinəddin Zidanı qarşı-qarşıya qoydum. Etiraf edirəm ki, anlaşılmazlığa səbəb olan yöndəmsiz açıqlamalar vermişəm. Zinəddin Zidan mənim ona, eləcə də bütün fransızlara nə qədər hörmət bəslədiyimi bilir”.
 
Xatırladaq ki, Noel Le Qrey bundan əvvəlki açıqlamasında Zidanın millinin baş məşqçisi postuna namizəd olmadığını və mütəxəssis zəng vursa belə, ona cavab verməyəcəyini açıqlamışdı: “Mən Zidanla heç vaxt tanış olmamışam. Didye Deşamla (Fransa millisinin indiki baş məşqçisi) ayrılmağı düşünməmişdik. Bəzi jurnalistlər nə yazacaqlarını bilmədiklərinə görə nə isə icad etməyə çalışırlar. Zidanın Braziliya yığmasına baş məşqçi təyin olunması ilə bağlı xəbərlər haqda nə düşünürəm? Mənim heç vecimə də deyil. O, hara istəsə, gedə bilər. Mənimlə əlaqə saxlamaq istəsəydi, o zaman şansı olmazdı. Çünki zənglərinə belə cavab verməzdim”.






Offside