28 oktyabr 2024. Bazar ertəsi

Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı


  • Offside
  • 11:43 10.01.2023
  • Oxunma sayı: 93
Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova yeni təyinat alıb. Corner.az xəbər verir ki, İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasının B qrupunda keçiriləcək “Prometey DNİPRO” (Ukrayna) – “CS Volei Alba BLAJ” (Rumıniya) görüşünün supervayzeri olacaq.

CEV-in bu oyun üçün təyinatlarına əsasən, İsmayılova görüşün hakimləri macarıstanlı Peter Şabo və fransalı Kristofe Lekurun işinə qiymət verəcək.

Görüş bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.

 







Offside