2022-ci ilin ən yaxşı hakimi bəlli olub. Corner.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən ilin ən yaxşısını açıqlayıb.
Qurum bu ada Şimon Marçinyakı layiq görüb. Qətərdə keçirilən dünya çempionatının Argentina – Fransa finalını idarə edən polşalı referi həmkarlarını üstələyib.
Qeyd edək ki, 2021-ci ilin ən yaxşı hakimi almaniyalı Feliks Brix seçilib.
1. Şimon Marçinyak (Polşa) - 150
2. Daniele Orsato (İtaliya) - 65
3. Klemen Turpin (Fransa) - 40
4. Maykl Oliver (İngiltərə) - 35
5. Viktor Qomes (Cənubi Afrika) - 25
6. Slavko Vinçiç (Sloveniya) - 20
7-8. Denni Makkiele (Niderland) - 15
7-8. Entoni Teylor (İngiltərə) - 15
9-10. Patrisio Lustau (Argentina) - 10
9-10. Sezar Ramos (Meksika) - 10