28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycanlı futbolçunun atası həbsxanada öldü


  • Offside
  • 13:56 10.01.2023
  • Oxunma sayı: 103
Azərbaycanlı futbolçunun atası həbsxanada öldü
Bakıda məhkum həbsxanada ölüb. Corner.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
 
Məhkum Zahid Balabəy oğlu Novruzov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
 
Zahid Novruzov futbolçu Nurlan Novruzovun atasıdır.
 
Futbolçunun atası 2019-cu ildə həyat yoldaşı Təranə Novruzovanı başından güllələyərək, öldürüb. Daha sonra isə intihar məqsədi ilə özünü vurub. Təcili xəstəxanaya yerləşdirilən Novruzovun həyatı xilas edilib.
 
Zahid Novruzov məhkəmənin qərarı ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.






Offside