28 oktyabr 2024. Bazar ertəsi

U-21 gənclər arasında Bakı şəhər birinciliyi keçiriləcək


  • Offside
  • 18:17 10.01.2023
  • Oxunma sayı: 132
U-21 gənclər arasında Bakı şəhər birinciliyi keçiriləcək
11-13 yanvarda Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 21 yaşa qədər gənclər arasında Bakı birinciliyi təşkil olunacaq.

Federasiyadan Corner.Az-a verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda Bakının 22 müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 150-ə yaxın idmançı güclərini sınayıb, medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.   

Turnir 22-24 fevralda keçiriləcək 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.

Yarış hər gün saat 10:00-da başlayacaq. 

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.






Offside