28 oktyabr 2024. Bazar ertəsi

FİFA prezidenti İsveçrə prokurorluğunda dindirildi


  • Offside
  • 10:06 11.01.2023
  • Oxunma sayı: 108
FİFA prezidenti İsveçrə prokurorluğunda dindirildi
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı İsveçrə prokurorluğunda dindirilib. Corner.az Fransanın “Le Monde” qəzetinə istinadən xəbər verir ki, İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanaşı, rəsmi sirri pozmaqda və cinayət işinin aparılmasına mane olmaqda ittiham olunur. İsveçrə prokurorları 2020-ci ilin iyulunda İnfantino, eləcə də İsveçrənin keçmiş federal prokuroru Maykl Lauberə qarşı iş açıb. 
 
“Inside the Games” portalının məlumatına görə, İnfantino martın 16-da Kiqalidə (Ruanda) FİFA-nın növbəti konqresində keçiriləcək prezident seçkilərinə qədər prosesi başa çatdırmağa ümid edir. O, yeganə namizəddir.
 
İnfantinonun 52 yaşı var. 2000-2016-cı illərdə Avropa Futbol Assosiasiyaları İttifaqında (UEFA) işləyib. Bu qurumdakı fəaliyyətinin son yeddi ilində İnfantino UEFA-nın baş katibi vəzifəsində çalışıb.






Offside