4 fevral 2026. Çərşənbə

Sən istəmirsənsə, biz səni çoxdan istəmirik


  • Offside
  • 16:29 11.01.2023
  • Oxunma sayı: 140
Sən istəmirsənsə, biz səni çoxdan istəmirik

“Sən istəməyəndən sonra biz səni çoxdan istəmirik. Səndən ötrü ölmürük”.

Corner.az xəbər verir ki, bunu “Report”a müsahibəsində “Kəpəz”in futbolçusu Əfran İsmayılov onu əsas komandadan uzaqlaşdıran baş məşqçi Tərlan Əhmədov haqda danışarkən deyib.

35 yaşlı yarımmüdafiəçi bildirib ki, çalışdırıcı onu və digər veteran oyunçu Rauf Əliyevi səbəbsiz yerə komandadan göndərib: “Həm məndə, həm də Raufda eyni vəziyyət baş verdi. Gənc oyunçulara irad bildirdiyimiz üçün baş məşqçi aləmi bir-birinə qatdı. Futbolçunu komandada görmək istəmirsənsə, bunu özünə de. Komandada saxlamağın üçün yalvarmarıq da. Prinsipim “Kəpəz”lə yox, sırf baş məşqçi ilədir, balaca uşaqların içində mənə qarşı hərəkətinə görədir. “Kəpəz”ə hərtərəfli dəstək verməyə hazıram”.

Qeyd edək ki, Ə. İsmayılov bu mövsüm “Kəpəz”in heyətində Premyer Liqada 3 oyun keçirib, 1 qol vurub.







Offside