4 fevral 2026. Çərşənbə

Avstriyalı futbolçu millimizlə oyunu buraxa bilər


  • Offside
  • 20:43 11.01.2023
  • Oxunma sayı: 87
Avstriyalı futbolçu millimizlə oyunu buraxa bilər
Avstriya millisi AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla oyuna itki ilə çıxa bilər. Corner.az xəbər verir ki, yarımmüdafiəçi Valentino Lazaro sıradan çıxıb.
 
İtaliya “Torino”sunda çıxış edən oyunçu İtaliya A seriyasının 17-ci turunda “Salernitana” (1:1) ilə oyunda zədələnib. Sağ diz bağlarından zədə aldığı bildirilən 27 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
 
Lazaronun Avropa çempionatının seçmə mərhələsində Azərbaycan (24 mart) və Estoniya (27 mart) ilə matçları buraxmaq ehtimalı yüksək göstərilib.






Offside