4 fevral 2026. Çərşənbə

Sərhədçi Sabah'a qalib gəldi


  • Offside
  • 21:34 11.01.2023
  • Oxunma sayı: 107
Sərhədçi Sabah'a qalib gəldi

Azərbaycan Basketbol Liqasında XIII tura start verilib.

Corner.az-ın məlumatına görə, açılış oyununda "Sərhədçi PİK" və "Sabah" basketbolçuları qarşılaşıblar. Sərhədçi İdman Mərkəzində keçirilən görüş meydan sahiblərinin 81-68 hesablı qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular "Sərhədçi PİK"dən Endar Poladxanlı (23 xal, 7 ribaund), "Sabah"dan isə Udun Osaku (19 xal, 15 ribaund) olublar.

Qeyd edək ki, turun digər oyunlarında "Gəncə" NTD-ni, "Neftçi İK" "Zirvə Astara"nı, "Olimpik Şəki" isə "AAAF Xırdalan"ı sınağa çəkəcək. Görüşlər yanvarın 12-si, 14-ü və 15-də oynanılacaq.







Offside