23 oktyabr 2024. Çərşənbə

Həbib UFC ilə yeni müqavilə bağladı - rəqibi bilindi


  • Offside
  • 10:19 05.06.2019
  • Oxunma sayı: 708
Həbib UFC ilə yeni müqavilə bağladı - rəqibi bilindi
Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov sözügedən təşkilatla yeni müqavilə imzalayıb.

Corner.az ESPN nəşrinə istinadən xəbər verir ki, bu barədə idmançının meneceri Əli Əbdül-Əziz məlumat verib. O, sözləşmənin detalları barədə açıqlama verməsə də, Həbibin bir neçə döyüş keçirəcəyini istisna etməyib.

Rusiyalı döyüşçünün sentyabr ayının 7-də qarşılaşacağı rəqibi də müəyyənləşib. Bu, ABŞ-dan olan idmançı Dastin Puaryedir. Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçiriləcək.

Bundan başqa, yeni müqavilədə Həbibin orta çəki dərəcəsində UFC versiyası üzrə keçmiş çempion, bu ilin fevral ayında karyerasını başa vurduğunu açıqlayan Jorj Sen-Pyerlə mümkün döyüşünün şərtləri də qeyd olunub.





Offside