28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycanlı məşqçi 39 yaşında vəfat etdi


  • Offside
  • 15:10 13.01.2023
  • Oxunma sayı: 83
Azərbaycanlı məşqçi 39 yaşında vəfat etdi
Azərbaycan cüdosuna itki üz verib. Corner.az xəbər verir ki, yanvarın 12-də Bakı şəhəri 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo üzrə baş məşqçisi Rüfət Süleymanov vəfat edib.
 
O, 25 sentyabr 1983-cü ildə anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2004-2012-ci illərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində cüdo məşqçisi kimi fəaliyyət göstərib. Süleymanovun tələbələri Azərbaycan birinciliklərinin və beynəlxalq yarışların qalibləri və mükafatçıları olublar.
 
Allah rəhmət eləsin!






Offside