28 oktyabr 2024. Bazar ertəsi

Kimsə mənə Rakuv'un Qarabağ'ı məğlub edəcəyini desəydi ...


  • Offside
  • 15:18 14.01.2023
  • Oxunma sayı: 109
Kimsə mənə Rakuv'un Qarabağ'ı məğlub edəcəyini desəydi ...

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ”ın ötən gün Antalyada “Rakuv”a  0:3 hesabı ilə uduzması, Polşa mətbuatı tərəfindən böyük təəccüblə qarşılanıb. Corner.az xəbər verir ki, polşalı həmkarımız Kamil Varzoça qeydlərindən bu açıq şəkildə qeyd edib:

“Əgər bir neçə il əvvəl kimsə mənə “Rakuv”un hətta yoxlama oyununda belə, “Qarabağ”ı məğlub edəcəyini desəydi, səhv eşitdiyimi düşünərdim. Düzdür, yoldaşlıq görüşləri heç vaxt ədalətli qiymət vermək üçün kifayət etmir. Bəzən isə tribunaların səviyyəsindən hətta yoxlama görüşündə kimin və nə qədər yaxşı çıxış etdiyini asan müəyyən etmək olur. “Rakuv”da bu oyunda heç kim əldə olunan uğurla kifayətlənmək istəmirdi. Matçda ən yüksək intensivlikli yarışın xarakterik xüsusiyyətləri var idi. Nəticə? Avropa Liqası səviyyəsində güclü rəqib üzərində qazanılan 3:0 hesablı qələbə”.

O, qarşılaşmada gözəl ab-havanın olduğunu da söyləyib: “Müxtəlif türk televiziyaları gəlmişdi, ən yaxşı klublardan, “Beşiktaş” və “Qalatasaray”dan skautlar, və s. Hələ stadionun kulislərində öz işlərini görən çoxsaylı agentləri demirəm. Hamı tribunada oturub baxır, şərh verirdi. Onların arasında Marek Papşun da var. Bəli, “Rakuv”un baş məşqçisi heç nə olmamış kimi dəftərlə oturmuşdu. Sakit və ciddiliklə. Amma bu, 15-ci dəqiqəyə qədər davam etdi. Ondan sonra yetirmələrinə tez-tez qəzəblənən mütəxəssis, hərdən təhqirlərindən də qalmırdı. Papşunu tanıyanlar və “Rakuv”u mütəmadi izləyənlər buna görə təəccüblənə bilməz. Bu, onun işinin bir hissəsidir. Yeni, mübahisəli heç nə yoxdur”.







Offside