28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycanlı hakim Türkiyə klubunun oyununa təyinat aldı


  • Offside
  • 13:05 16.01.2023
  • Oxunma sayı: 95
Azərbaycanlı hakim Türkiyə klubunun oyununa təyinat aldı
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti təyinat verib. Corner.az xəbər verir ki, o, qadın voleybolçular arasında Çempionlar Liqası matçını idarə edəcək.
 
Zülfüqarov Türkiyənin İstanbul şəhərində “Fənərbaxça Opet”in D qrupu çərçivəsindəki ev oyununda iş başında olacaq.
 
Yanvarın 18-də “Burhan Felek” voleybol salonunda keçiriləcək görüşdə adıçəkilən komanda Almaniya təmsilçisi “Allianz MTV Ştutqart”la üz-üzə gələcək. Matçın ikinci hakimi rumıniyalı Pol Katalin Szabo-Aleksi olacaq.






Offside