28 oktyabr 2024. Bazar ertəsi

Millimizin müdafiəçisi Belçika çempionatında qol vurdu


  • Offside
  • 13:11 16.01.2023
  • Oxunma sayı: 81
Millimizin müdafiəçisi Belçika çempionatında qol vurdu

Futzal üzrə Belçika çempionatında növbəti turun oyunları keçirilib. Corner.az xəbər verir ki, “RSCA Futsal” komandasında forma geyinən Azərbaycan millisinin müdafiəçisi Eduardo Borges də növbəti oyununa çıxıb.

O, bu oyunda qol da vurub. Komandasının 12:3 hesabı ilə qalib gəldiyi görüşdə futzalçı 11-ci qolun müəllifi olub.

“RSCA Futsal” bu qələbədən sonra hazırda 28 xalla vahid liderdir.

Yeri gəlmişkən, Azərbaycan yığmasının digər milliləşdirilən üzvü Rafael Vilela isə  Qazaxıstanın “Kayrat” klubundan ayrılıb. O, müqavilə ilə məxsus olduğu Rusiyanın “Tümen” klubuna qayıdıb. Futbolçu ötən ilin yayında icarə əsasında qoşulduğu “Kayrat”da 16 oyuna 12 qol vurub.







Offside