28 oktyabr 2024. Bazar ertəsi

Stolüstü tennisçimiz 5 qitənin ən istedadlıları sırasında


  • Offside
  • 14:32 16.01.2023
  • Oxunma sayı: 121
Stolüstü tennisçimiz 5 qitənin ən istedadlıları sırasında
Stolüstü tennisçimiz Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq.

Federasiyadan Corner.Az-a verilən məlumata görə, istedadlı idmançımızı seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək. Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına 5 qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən bu stolüstü tennisçilər yanvarın 16-dan 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və mini-turnirlərdə iştirak edəcəklər.

Xatırladaq ki, Onur Quluzadə artıq bir neçə ildir müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin analoji təlimlərinə qatılır.






Offside