- Offside
- 18:19 04.02.2026
Azərbaycanın yunan-Roma güləşi üzrə ikiqat Avropa və ikiqat dünya çempionu Eldəniz Əzizli idman mətbuatı ilə bağlı danışıb.
Corner.Az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri İB-in rəsmi saytına fikirlərini bildirən güləşçi onların karyerasında mətbuatın rolu ilə bağlı fikirlərini bölüşüb:
"İdman mətbuatının bizim həyatımızda çox böyük rolu var. Çünki qazanılan uğurları xalqa göstərən, çatdıran şəxslər məhz onlardır. Buna görə də hər birinə öz minnətdarlığımı bildirirəm. Şükürlər olsun ki, son zamanlar bu sahədə olan problemlər ortadan qalxır. Bu isə məni sevindirir. Mətbuatla aram yaxşıdır. Adətən danışmağı sevdiyim üçün həm yığmanın tərkibində, həm də federasiyada mənim müsahibə verməyimə üstünlük verirlər. Amma bəzən idmançının hansı hissləri keçirə biləcəyini düşünmədən məqalə, xəbər yazanlar da olur. Ad çəkmək istəmirəm. Onların özlərinə də bunun düzgün hərəkət olmadığını demişəm. Amma ümumilikdə idman mediası ilə aram yaxşıdır".