Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2022-ci ilin ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Corner.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də siyahıya düşüb.
İl ərzində ümumilikdə 25 dəfə fərqlənən 26 yaşlı forvard qitənin 21-ci bombardiri olub. O, Premyer Liqada 18, ölkə kubokunda 4, avrokuboklarda 1, yığmanın heyətində isə 2 dəfə fərqlənib.
Siyahıya PSJ-nin fransalı hücumçusu Kilian Mbappe başçılıq edir. Rəqib qapılarından 56 top keçirən Mbappe ən yaxın izləyicisi olan norveçli Erlinq Halandı 10 qol qapaqlayıb.
İlk “onluq”:
1. Kilian Mbappe (PSJ/Fransa) - 56
2. Erlinq Haland (“Mançester Siti”/Norveç) - 46
3. Robert Levandovski (“Barselona”/Polşa) - 42
4. Boris Kopitoviç (“Tampines”/Monteneqro) - 41
5. Kristofer Nkunku (“Leypsiq”/Fransa) - 37
6. Harri Keyn (“Tottenhem”/İngiltərə) - 35
7. Amal Pelleqrino (“Budo-Qlimt”/Norveç) – 34
8. Kərim Benzema (“Real”/Fransa) - 33
9. Qarban Kuqlan (“Kaşmere”/İrlandiya) - 33
10. Vissam Ben Yedder (“Monako”/Fransa) - 30