4 fevral 2026. Çərşənbə

Ronaldonun sevgilisinin atası narkobaron imiş...


  • Offside
  • 18:05 17.01.2023
  • Oxunma sayı: 205
Ronaldonun sevgilisinin atası narkobaron imiş...

Hazırda Səudiyyə Ərəbistanında “Əl-Nəsr” klubunun formasını geyinən ulduz futbolçu Kriştiano Ronaldonun xanımı Corcina Rodriges haqda iddialar yayılıb. Corner.az xəbər verir ki, argentinalı modelin mərhum atası Xorxe Rodriqes iki cinayətə görə İspaniya həbsxanasında cəza çəkib.

Onun kokain və marixuana alveri ilə məşğul olduğu üçün təxminən 10 il həbsxanada yatdığı qeyd olunur.

Xorxe Rodriqes 2003-cü ildə İspaniyadan Fransaya 100 min funt-sterlinq dəyərində qaçaqmal kokain aparılması əməliyyatı zamanı həbs edildiyi və həmin vaxt 11 il həbs cəzasına məhkum edilib.

Argentinalı amnistiya ilə azadlığa buraxılsa da, 2008-ci ildə yenidən 1 milyon funt-sterlinq dəyərində marixuana gətirməyi planlaşdırdığıngörə yenidən dəmir barmaqlıqlar arxasına göndərilib.

Xorxe 2 il müddətinə azadlıqdan məhrum edilib və 2013-cü ildə azadlığa çıxsa da, 6 ildən sonra 70 yaşında insultdan vəfat edib.









Offside