4 fevral 2026. Çərşənbə

Turan Tovuz Antalyanı qələbə ilə tərk edir


  • Offside
  • 18:39 17.01.2023
  • Oxunma sayı: 84
Turan Tovuz Antalyanı qələbə ilə tərk edir

"Turan Tovuz" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını qələbə ilə başa vurub.

Corner.az-ın məlumatına görə, Tovuz təmsilçisi son yoxlama oyununda Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 20-ci dəqiqədə Ayxan Hüseynov və 44-cü dəqiqədə Denis Marandiç vurublar.

Qeyd edək ki, "Turan Tovuz" ilk iki yoxlama matçında Rumıniya “Petrolul”una 2:3 hesabı ilə uduzub, İsveçrənin "Aarau" komandasına isə qalib gəlib - 1:0.







Offside