4 fevral 2026. Çərşənbə

Azərbaycan xizəkçiləri Dünya Kubokunda iştirak edəcəklər


  • Offside
  • 16:44 18.01.2023
  • Oxunma sayı: 138
Azərbaycan xizəkçiləri Dünya Kubokunda iştirak edəcəklər
Azərbaycanı Xizək alpinizmi idman növü üzrə təmsil edən  idmançılarımız yanvarın 21 və 22-də Andorra Knyazlığında keçiriləcək Xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edəcəklər. 

Corner.az xəbər verir ki, bu məqsədlə atletlərimiz yanvarın 18-də Azərbaycan Qış İdman Növləri Federasiyanın təşkilatçılığı və “Şahdağ” Turizm Mərkəzinin dəstəyi ilə Andorra Knyazlığlnda təşkil olunan təlim məşq toplantısına yola düşüblər.

İdmançılarımız Dünya Kuboku yarışının şaquli yürüş  növü üzrə çıxış edərək birincilik uğrunda mübarizə aparacaqlar. 

Qeyd edək ki, Xizək alpinizmi idman növü üzrə yarışlara qatılan idmançılarımızın  Azərbaycanda təlim-məşqləri Federasiya tərəfindən dəvət olunan əcnəbi mütəxəssilərinin rəhbərliyi altında “Şahdağ” Turizm Mərkəzinin  və Sport System şirkətinin dəstəyi ilə həyata keçirilir.






Offside