Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası Zaqreb “Dinamo”sunun daha bir futbolçusunu itirib. Corner.az xəbər verir ki, hücumçu Bruno Petkoviç sıradan çıxıb.
28 yaşlı futbolçu “Bravo” ilə keçirilən yoxlama görüşündə ayağından zədələnib. Qarşılaşmanın 28-ci dəqiqəsində əvəzlənən Xorvatiya millisinin üzvünün uzun müddət komandadan ayrı qalması gözlənilir.
Bununla “Dinamo” daha bir aparıcı hücumçusunu itirib. Çünki komanda qış fasiləsində Mislav Orşiçi “Sauthempton”a satıb. Hazırda zaqreblilərin ən təcrübəli hücumçusu məhz Mahir Emrelidi.
Qeyd edək ki, “Dinamo”nun “Bravo”nu 2:0 hesabı ilə məğlub etdiyi oyunda Mahir Emreli 58 dəqiqə mübarizə aparıb.