28 oktyabr 2024. Bazar ertəsi

Azəryol və Qarabağ'dan növbəti qələbələr


  • Offside
  • 21:44 18.01.2023
  • Oxunma sayı: 64
Azəryol və Qarabağ'dan növbəti qələbələr
Qısa fasilədən sonra qadın həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir.
Corner.az xəbər verir ki, “AHF Arena”da keçirilən yeddinci turun ilk matçında “Azəryol” “U-16” komandasına göz açmağa imkan verməyib. Rəqiblər arasındakı səviyyə fərqi hesabda da əksini tapıb - 51:13. “Azərsu”–“Qarabağ” görüşündə də nominal qonaqlar inamlı qələbə qazanıblar. “Qarabağ”ın tam üstünlüyü şəraitində keçən qarşılaşma 59:12 hesabı ilə nəticələnib.
Çempionatın səkkizinci turunda da favoritlər inamlı qələbə ilə azarkeşlərini sevindiriblər. “Qarabağ” “Azərsu”nu 54:15, “Azəryol” isə “U-16”nı 50:17 hesabı ilə məğlub edib.
Hesabına 18-ci xalı yazdıran “Azəryol” çempionatın lideridir. “İdman Akademiyası” ilə “Qarabağ”ın hərəyə 12 xalı var. “Azərsu” 6 xalla dördüncüdür. “U-16” hələ də xal qazana bilməyib.
Növbəti turun oyunları yanvarın 21-də olacaq





Offside