29 noyabr 2024. Cümə

Qarabağ'a qol vuran erməni futbolçu: Bu oyunlar bizə ...


  • Offside
  • 11:19 19.01.2023
  • Oxunma sayı: 99
Qarabağ'a qol vuran erməni futbolçu: Bu oyunlar bizə ...

“Bu üç matç bizə mövsümün ikinci hissəsinə mümkün qədər yaxşı hazırlaşmağa kömək etdi”. Corner.az xəbər verir ki, bunu Polşanın “Poqon” komandasının yarımmüdafiəçisi Vahan Bıçaxçyan Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edərkən deyib.

Klubun saytına danışan erməni futbolçu çox çətin 10 günlük toplanış arxada qaldığını bildirib: “Həmişə matçlar keçirməsək də, demək olar ki, hər gün gərgin məşq edirdik. Bu üç qarşılaşma bizə mövsümün ikinci hissəsinə özümüzü mümkün qədər yaxşı hazırlamağa kömək etdi. İndi qarşıda düzgün bərpa üçün istifadə etməli olduğumuz bir neçə gün istirahətimiz var. Düşünürəm ki, gələn həftə “Vidzev Lodz”la oyuna 100 faiz hazır olacağıq. Bu toplanışa və oynamağa ehtiyacım var idi. Bu, mənim liqa başlamazdan əvvəl formamı toplamağım üçün vacib idi. Bu gün meydanı vaxtından əvvəl tərk etdim, amma zədəmin ciddi olduğunu düşünmürəm. Sabah ətraflı araşdırma aparanda öyrənəcəyik. Bununla belə, “Vidzev”lə oyunda məşqçilər korpusunun ixtiyarında olacağıma inanıram. Burada keçirdiyimiz bütün oyunlarda mükəmməl görünmədik. Hər oyun bizim üçün yaxşı təcrübə oldu, biz onların hər birindən nəticə çıxara biləcəyik. Liqaya başladığımız üçün həqiqətən həyəcanlıyıq. Bu, hər bir oyunçu, eləcə də azarkeşlər üçün əladır”.

Qeyd edək ki, polşalıların “Qarabağ” üzərində qazandığı 4:2 hesablı qələbədə ilk qolu erməni futbolçu vurub.







Offside