28 oktyabr 2024. Bazar ertəsi

Məşqçilərimiz Litvada basketbol inkişaf seminarında


  • Offside
  • 11:23 19.01.2023
  • Oxunma sayı: 88
Məşqçilərimiz Litvada basketbol inkişaf seminarında

Azərbaycan Basketbol Federasiyasın dəstəyi ilə 15 yanvar tarixində yerli məşqçilərimiz Litvaya yollandılar.

Federasiyadan Corner.Az-a verilən məlumata görə, seminarın iştirakçıları, U-18 oğlan yığma komandamız və "NTD" klubunun baş və köməkçi məşqçiləri Tahir Baxşıyev və Polad Həsənov, U-20 oğlan yığma komandamız və "Sərhədçi" klubun baş məşqçisi Anar Sarıyev səfərin ilk günündə Vilnüs şəhərində yerləşən "NBA" basketbol məktəbində olublar. Onlar həmin məktəbdə litvalı mütəxəssislər tərəfindən keçirilmiş seminarda iştirak edərək daha sonra Azərbaycan basketbolunun gələcək ümidi sayılan Hüseyn Qaflanovun təlim-məşq prosesini izləyiblər.

Növbəti gün Kaunas şəhərinə yollanan məşqçilərimiz, məhşur "Jalqris" klubun hər yaş qruplarının təlim-məşq prosesini izləyərək,  Vilnüs şəhərində olduğu kimi peşəkar mütəxəssislərin məşqçilik seminarlarında iştirak ediblər. Qeyd edək ki, məşqçilərimizin Litvada keçirilən seminarları 21 yanvar tarixinə qədər davam edəcək







Offside