28 oktyabr 2024. Bazar ertəsi

Təxirə salınmış oyunların vaxtı dəqiqləşdi


  • Offside
  • 15:45 19.01.2023
  • Oxunma sayı: 140
Təxirə salınmış oyunların vaxtı dəqiqləşdi

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında təxirə salınan II turun oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.

Azərbaycan Voleybol Federasiyasından Corner.Az-a verilən məlumata görə, bu qarşılaşmalar yanvarın 22-nə təyin olunub.

Həmin gün ilk olaraq qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” - UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.

Ardından kişi voleybolçuların Yüksək Liqasında II turun təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 18:00-da başlanacaq.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, bu oyunların yanvarın 12 və 13-də keçirilməsi nəzərdə tutulsa da UNEC və “Neftçi” klublarının bir çox voleybolçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsi səbəbindən təxirə salınıb.







Offside