26 mart 2026. Cümə axşamı

Final təxirə salındı: İzdihamda 1 nəfər öldü, xeyli yaralı var


  • Offside
  • 15:51 19.01.2023
  • Oxunma sayı: 119
Final təxirə salındı: İzdihamda 1 nəfər öldü, xeyli yaralı var
İraq və Oman yığmaları arasında keçirilməsi nəzərdə tutulan Körfəz Kubokunun final oyunu təxirə salınıb. Corner.az “Shafak News” informasiya portalına istinadən xəbər verir ki, buna azarkeşlər arasında yaranan qalmaqal səbəb olub. 
 
Belə ki, Bəsrədə görüşün keçiriləcəyi arenanın yaxınlığında yaranan izdihamda bir nəfər dünyasını dəyişib, 60 nəfər isə xəsarət alıb.  
 
Bu gün keçirilməsi planlaşdırılan qarşılaşma təxirə salınıb.






Offside