28 oktyabr 2024. Bazar ertəsi

Şakira xəyanətin üstünü necə açıb?


  • Offside
  • 16:08 19.01.2023
  • Oxunma sayı: 221
Şakira xəyanətin üstünü necə açıb?

Kolumbiyalı müğənni Şakiranın keçmiş həyat yoldaşı olan “Barselona”nın sabiq müdafiəçisi Jerar Pikenin xəyanətindən necə xəbər tutduğu müəyyənləşib. Corner.az xəbər verir ki, müğənni qastrol səfərindən qayıdarkən xəbəri olub.

O, sevimli mürəbbəsini başqasının yediyini görüb. Halbuki Pike çiyələk mürəbbəsini sevmir. Bununla da Şakira xəyanətdən şübhələnib. Bir müddət sonra isə Şakirə Pikenin onu başqası ilə aldatdığını üzə çıxarıb. Nəticədə cütlük ötən ilin yayında ayrılmağa qərar veriblər.

Qeyd edək ki, Şakira bu günlərdə keçmiş həyat yoldaşına həsr olunan yeni bəstəsini təqdim edib. Mahnıda əsasən Pike və onun yeni sevgilisi Klara Çia Marti mənfi obrazda göstərilib.







Offside